...

Xalq Bankda hədiyyələr mövsümü davam edir!

İqtisadiyyat Materials 29 İyun 2018 11:47 (UTC +04:00)
“Xalq Bankla Ulduzum hədiyyələr qazandırır!” ani lotereya çərçivəsində müştərilərimiz artıq 3607 müxtəlif hədiyyəyə sahib olub.
Xalq Bankda hədiyyələr mövsümü davam edir!

Bakı. Trend:

“Xalq Bankla Ulduzum hədiyyələr qazandırır!” ani lotereya çərçivəsində müştərilərimiz artıq 3607 müxtəlif hədiyyəyə sahib olub.

Xalq Bankın Ulduzum loyallıq proqramı ilə birgə keçirdiyi ani lotereyanın şərtlərinə görə 15 mart 2018-ci il tarixdən 15 sentyabr 2018-ci il tarixədək Xalq Bankın filiallarında təcili pul köçürmələri, kommunal, TV, mobil və stasionar rabitə, internet xidmətlərin, yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar cərimələrin ödənilməsi, hesablaşma-kassa əməliyyatları, depozit seyflərinin icarəsi, ödəniş kartının əldə edilməsi, “Xalqbank-online” internet bank sisteminə qoşulma və s. əməliyyatlardan istifadə edən hər bir şəxs pulsuz Bakcell dəqiqələri, Azpetrol yanacaq kuponları, Lamborghini Store Baku və Ferrari Store Baku-dan endirim kuponları və digər müxtəlif hədiyyələr qazanmaq imkanını əldə edir.

Hədiyyələrə sahib olmaq üçün Bankın istənilən filialında yuxarıda qeyd olunan xidmətlərdən istifadə zamanı XALQBANK sözünü 5555 nömrəsinə göndərmək və alınan “Ulduzum” kodunu Bankın əməkdaşına təqdim etmək lazımdır. SMS göndərişi pulsuzdur. Həmin “Ulduzum” kodu müştərinin adı, soyadı, ata adı ilə birlikdə bank əməkdaşı tərəfindən elektron lotereya proqramına daxil edilir və proqram təsadüfi seçim yolu ilə müştərinin hədiyyəsini anında müəyyən edir.

Lotereyada Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı xarici vətəndaşlar da iştirak edə bilərlər.

Lotereya haqda daha ətraflı məlumatı Xalq Bankın 138 Məlumat Mərkəzindən, www.xalqbank.azwww.ulduzum.az saytlarından əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti