...

Bank VTB kredit üzrə aksiyasına davam edir

İqtisadiyyat Materials 12 İyul 2018 20:25 (UTC +04:00)
Bank VTB (Azərbaycan) nağd pul krediti əldə etmək istəyən müştərilər üçün 30 sentyabr 2018-ci il tarixinədək bir sıra kredit məhsulları üzrə aksiyaya davam edir
Bank VTB kredit üzrə aksiyasına davam edir

Bakı. Trend:

Bank VTB (Azərbaycan) nağd pul krediti əldə etmək istəyən müştərilər üçün 30 sentyabr 2018-ci il tarixinədək bir sıra kredit məhsulları üzrə aksiyaya davam edir.

Bankdan Trend-ə verilən məlumata görə, bu müddət ərzində nağd krediti 22%-dən başlayaraq, kredit kartını isə 27%-dən almaq mümkündür.

Yenilənmiş şərtlərə əsasən Visa Gold və Visa Platinum debet kartlarını pulsuz almaq üçün ilkin vəsaitin həcmi iki dəfə azaldılıb. Eləcə də bu kartları sifariş edən müştərilər kart üçün illik xidmət üzrə 50% endirim qazanır.

Maraqlanan şəxslər məsafəli xidmətlər (internet, mobil bankçılıq, WhatsApp, bankın Çağrı mərkəzi və ya saytı) vasitəsi ilə kredit sifariş edə və ya VTB (Azərbaycan)-ın istənilən filialına müraciət edərək ala bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti