...

Hesab.az istifadəçi məlumatının təhlükəsizliyinə cavabdehdir

İqtisadiyyat Materials 21 Sentyabr 2018 11:59 (UTC +04:00)
Hesab.az – Azərbaycanın ən böyük onlayn ödəmələr platforması, öz sahəsində hər zaman aparıcı şirkətlərdən biri olub.
Hesab.az istifadəçi məlumatının təhlükəsizliyinə cavabdehdir

Bakı. Trend:

Hesab.az – Azərbaycanın ən böyük onlayn ödəmələr platforması, öz sahəsində hər zaman aparıcı şirkətlərdən biri olub. Göstərilən xidmət zamanı istifadəçilərin məmnunluğu və rahatlığını təmin etməyə üstünlük verərkən eyni zamanda etdikləri əməliyyatların təhlükəsiz şəkildə həyata keçməsi də tam şəkildə təmin olunur.

Adətən insanlar “onlayn əməliyyat və məlumat təhlükəsizliyi” termini haqqında məlumat azlığı ucbatından narahat olurlar və ödənişlərini onlayn vasitələrlə etməkdən çəkinirlər. Onlayn ödəniş əməliyyatları zamanı həssas məlumatların, məs., bank kartı məlumatları bir veb saytdan digərinə ötürülməsi tələb olunur. Bu cür məlumatların üçüncü tərəflərin əlinə keçməsinin və fırıldaqçılıq yolu ilə əməliyyat aparmaq məqsədilə istifadə etməsinin qarşısını almaq üçün əməliyyatlar şifrələnir. Bu o deməkdir ki, veb saytlar arasında ötürülən məlumatlar öz orijinal formasından tamamilə tanınmaz şəklə salınır və heç bir halda üçüncü tərəfə ötürülmür.

GeoTrust şirkəti onlayn əməliyyatların şifrələnməsi (Təhlükəsiz Soket Protokol şifrlənməsi adlanır) sahəsində dünya lideridir. Hesab.az bütün əməliyyatları şifrələmək üçün GeoTrust-dan istifadə edir, buna görə də siz onlayn qaydada ödəniş edərkən məlumatlarınızın tam təhlükəsiz olduğundan əmin ola bilərsiniz.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. 2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti