Bakı. Azad Həsənov - Trend:
Azərbaycan Rusiya ilə birgə dəmir yolu vaqonları istehsal etməkdə maraqlıdır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən "Sənaye və energetika: ikitərəfli əməkdaşlıq perspektivləri" mövzusunda "dəyirmi masa"da çıxışı zamanı deyib.