...

Bakıxanov küçəsinin Səməd Vurğun küçəsilə kəsişməsində hərəkət məhdudlaşdırılır

İqtisadiyyat Materials 8 Oktyabr 2018 10:44 (UTC +04:00)
Bakıda bu ərazidə ərazidə hərəkət məhdudlaşdırılacaq.
Bakıxanov küçəsinin Səməd Vurğun küçəsilə kəsişməsində hərəkət məhdudlaşdırılır

Bakı. Samir Əli - Trend:

Bakıda bu ərazidə ərazidə hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar olaraq 8-9 oktyabr tarixlərində axşam saat 11:00-dan səhər saat 06:00-a qədər (7 saat) Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində hərəkət məhdudlaşdırılacaq.

Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti