...

Bu il Azərbaycanda 1.4 milyarddan çox sərnişin daşınıb

İqtisadiyyat Materials 28 Oktyabr 2018 15:10 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

2018-ci ilin yanvar-sentyabr ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 169,8 milyon ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artım müşahidə olunub.

Trend-in məlumatına görə, yüklərin 3,6 faizi dəniz, 6,1 faizi dəmir yolu, 0,1 faizi hava, 64,9 faizi avtomobil nəqliyyatı, 25,3 faizi isə boru kəməri ilə daşınıb.

2018-ci ilin yanvar-sentyabr aylarında nəqliyyatçılar 1 milyard 456,7 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox sərnişinə xidmət göstəriblər.

Sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,6 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin 96,1 faizi avtobus, 3,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti