...

BFB-də hərrac: Notların yerləşdirilmiş həcmi 170 milyon manat olub

İqtisadiyyat Materials 9 Oktyabr 2019 20:23 (UTC +04:00)
Bakı Fond Birjasında Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-də hərrac: Notların yerləşdirilmiş həcmi 170 milyon manat olub

Bakı. Trend:

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50102776S dövlət qeydiyyat nömrəli, 170 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 647,712,200.00 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 000 000.00 AZN təşkil edib.

Notların ödəmə tarixi 7 noyabr 2019-cu ildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti