...

“AFB Bank”ın kredit portfeli 88,2 % artıb

İqtisadiyyat Materials 29 Yanvar 2020 19:00 (UTC +04:00)
Ölkənin maliyyə sektorunun aparıcı banklarından olan AFB Bank ASC 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.
“AFB Bank”ın kredit portfeli 88,2 % artıb

Bakı. Trend:

Ölkənin maliyyə sektorunun aparıcı banklarından olan AFB Bank ASC 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.

AFB Bankdan Trend-ə verilən məlumata görə, geridə qoyduğumuz ilin nəticələrinə əsasən bankın aktivləri 2018-ci illə müqayisədə 37,6% artaraq 574,7 milyon manat təşkil edib.

2018-ci illə müqayisədə ötən il Bankın kredit portfeli 88,2% artaraq 365,8 milyon manat təşkil edib. Bunun nəticəsidir ki, 2019-cu ildə AFB Bank ASC ən çox biznes kreditləri verən ikinci bank adına layiq görüldü. Belə ki, Bank keçən il müştərilərə 110,3 milyon manat biznes krediti, 18,2 milyon manat istehlak krediti, digər qeyri-istehsal və xidmət sahələrinə isə 56,7 milyon manat kredit verib.

2019-cu ildə bankın depozit portfeli də 88% artaraq 379,4 milyon manat olub. Bu isə müştərilərin banka olan etibarının göstəricisidir.

Ölkənin ən dinamik inkişaf edən banklarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Hazırda bank 11 filial və 5 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir. Bu xidmətləri barədə daha ətraflı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti