...

Kamran Nəbizadə Rusiyanın “Metalinvest - K” şirkətinin direktoru ilə görüşüb

İqtisadiyyat Materials 29 Yanvar 2020 18:48 (UTC +04:00)
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə ilə Rusiyanın “Metalinvest - K” şirkətinin direktoru Aleksandr Matveyevin başçılıq etdiyi nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.
Kamran Nəbizadə Rusiyanın “Metalinvest - K” şirkətinin direktoru ilə görüşüb

Bakı. Trend:

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə ilə Rusiyanın “Metalinvest - K” şirkətinin direktoru Aleksandr Matveyevin başçılıq etdiyi nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.

ASC-dən Trend-ə verilən məlumata görə, görüşdə Korporasiyanın “Strateji inkişaf və kommersiya” departamentinin rəhbər heyəti, eləcə də “Ask Şüşə” MMC-nin əməkdaşları və “Metalinvest – K” şirkətinin mühəndis və layihə rəhbərləri iştirak edib. Görüş zamanı innovativ mərkəzdənqaçma elektrik dalma nasoslarının istehsalı ilə məşğul olan “Metalinvest – K” şirkətinin nümayəndələri ölkəmizin istehsalat sahələrində, əsasən də neft sektorunda bu qurğuların sınaq təcrübələrini həyata keçirmək niyyətində olduqlarını bildiriblər. Həmin qurğuların Azərbaycanda istehsalının təşkili və birgə müəssiələrin qurulması eləcə də investisiya yatırımının perspektivləri də görüşdə müzakirə olunub. Şirkətin daha bir fəaliyyət istiqaməti ağıllı şəhər konsepti üçün nəzərdə tutulan texnoloji həllərin həyata keçrilməsindən ibarətdir. Bu texnoloji həllər elektrik, qaz, su və digər xərclərə nəzarət, təhlükəsizlik sisteminin qurulması və uzaqdan idarə edilməsi, istehsal sahələrinin monitorinqinin elektron şəkildə aparılması, anbarların avtomatlaşdırılması, eləcə də avadanlıqların monitorinqinin aparılmasına imkan yaradır. Təklif olunan bu texnoloji həllərin gələcəkdə Korporasiyanın müxtəlif istehsalat sahələrində tətbiqi məsələsi də görüşün müzakirə mövzularından olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti