Bakı. Trend:
Facebook sosial şəbəkəsindən mütəmadi olaraq istifadə edənlərin sayı bir il ərzində 8% artaraq 2,5 milyarda çatdı.
Trend-in məlumatına görə, bu barədə şirkətin korporativ hesabatında bildirilib.
Qeyd olunan göstərici sosial şəbəkəyə ayda ən azı bir dəfə girənlərin sayını əks etdirir. Şirkətin hesablamalarına görə, ötən ilin dekabr ayında 1,66 milyard insan gündə ən az bir dəfə "Facebook"dan istifadə edib. Bu göstərici isə il ərzində 9% artıb.
Keçən il "Facebook"un gəlirləri 2018-ci illə müqayisədə 27% artaraq 70,697 milyard dollar olub. Eyni dövrdə şirkətin xalis mənfəəti, əksinə, 16% azalaraq 22.112 milyard dollardan 18.485 milyard dollara düşüb, reklam gəlirləri isə 27% artaraq 55.013 milyard dollardan 69.655 milyard dollara yüksəlib.