...

“AFB Bank” ASC öz əməkdaşları üçün yeni layihəyə start verib

İqtisadiyyat Materials 19 Fevral 2020 15:54 (UTC +04:00)
Əməkdaşlarının fərdi inkişafına daim xüsusi önəm verən “AFB Bank” təlimlərə start verib.
“AFB Bank” ASC öz əməkdaşları üçün yeni layihəyə start verib

Bakı. Trend:

Əməkdaşlarının fərdi inkişafına daim xüsusi önəm verən “AFB Bank” ASC onlar üçün “Xidmət Keyfiyyətinin yaxşılaşdırılması və təmin edilməsi layihəsi” və “İnsan Resurslarının İnkişafı Proqramı” çərçivəsində keçirilən təlimlərə 04.02.2020 tarixindən etibarən start verib.

“AFB Bank”dan Trend-ə verilən məlumata görə, bank əməkdaşlarının fərdi inkişafı ilə yanaşı onların fəaliyyətinə dəstək göstərilməsi məqsədilə təşkil olunan təlimlər 06.03.2020 tarixinədək davam edəcək. Təlim proqramı Müştəri Xidməti, Kredit, Əməliyyat və Kassa xidmətləri ilə bağlı mövzuları əhatə edir.

Ölkənin ən dinamik inkişaf edən banklarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Hazırda bank 11 filial və 5 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir. Bu xidmətlər barəsində daha ətraflı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti