...

Teplovoz maşinistləri üçün ixtisasartırma təliminə start verilib

İqtisadiyyat Materials 21 Fevral 2020 09:37 (UTC +04:00)
Gəncə Deposunda teplovoz maşinisti ixtisası üzrə boş yerlərin daxili imkanlar hesabına komplektləşdirilməsinə qərar verilib
Teplovoz maşinistləri üçün ixtisasartırma təliminə start verilib

Bakı. Ceyhun Ələkbərov - Trend:

Gəncə Deposunda teplovoz maşinisti ixtisası üzrə boş yerlərin daxili imkanlar hesabına komplektləşdirilməsinə qərar verilib.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. QSC-dən bildirilib ki, insan resursları siyasəti çərçivəsində teplovoz maşinistləri üçün ixtisasartırma təliminə başlanılıb.

Gəncə Lokomotiv Deposunda teplovoz maşinisti ixtisası üzrə 16 vakansiyanın mövcudluğu və həmin peşə üzrə əmək bazarında namizəd qıtlığı nəzərə alınaraq boş yerlərin daxili imkanlar hesabına komplektləşdirilməsi barədə qərar verilib. Beləliklə, Gəncə Lokomotiv Deposunun əməkdaşları arasından 16 maşinist seçilib və ixtisasartırma təliminə cəlb olunub.

İxtisasartırma təlimi 3 ay müddətində davam edəcək. Nəzəri və praktiki hissələrdən ibarət olan təlim proqramı əməkdaşların bilik və bacarıqlarının hərtərəfli təkmilləşdirilməsinə xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti