...

Azərbaycanda daha bir müəssisə tibbi spirt istehsalına başladı (FOTO)

İqtisadiyyat Materials 19 Mart 2020 14:45 (UTC +04:00)

Bakı. Trend:

“CARÇIOGLU GROUP” MMC və Rusiyanın "Tatspirtprom” dövlət şirkətinin birgə əməkdaşlığı ilə yaradılan "RUS AZERİ SPİRİTS” zavodunda tibbi spirt istehsalına başlanıb.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, artıq istehsal olunan məhsulun ilk partiyası – 25 min litrə yaxın tibbi spirt apteklərə yola salınıb.

Qeyd edək ki, Qusar rayonunda yerləşən müəssisə gündə 20-25 min litr tibbi sprit istehsal etmək gücünə malikdir. İstehsal tamamilə yerli xammala əsaslanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti