Bakı. Trend:
Amerikal milyarder İlon Mask ABŞ-da koronavirusla əlaqəli məhdudiyyət tədbirlərin qaldırılmasına çağırıb.
Trend-in məlumatına görə, İlon Mask bununla Texas ştatında səlahiyyətlilərin mayın 1-dən kafe və restoranların işinə icazə verə biləcəklərinə aid qərara münasibətini bildirib.
"Bravo, Texas!" - İ.Mask Twitter səhifəsində yazıb.
"Wall Street Journal"ında dərc edilən “Karantin insanların həyatını xilas edirmi?” məqaləsinə cavab olaraq iş adamı ABŞ hakimiyyət orqanlarını “insanlara azadlıqlarını qaytarmağa” çağırıb.
Xatırladaq ki, ABŞ-da tətbiq olunan məhdudiyyətlər ölkə iqtisadiyyatına mənfi təsir göstərib. Təxminən 22 milyon insan iş yerini itirib, ÜDM 4.8 faiz azalıb.