...

Pandemiya dövründə Azərbaycanda sərnişin daşımaları azalıb

İqtisadiyyat Materials 22 İyun 2020 13:23 (UTC +04:00)
Cari ilin yanvar-may aylarında Azərbaycanda sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 24,0 faiz azalıb.
Pandemiya dövründə Azərbaycanda sərnişin daşımaları azalıb

Bakı. Elçin Mehdiyev – Trend:

Cari ilin yanvar-may aylarında Azərbaycanda sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 24,0 faiz azalıb.

Trend-in məlumatına görə, 2020-ci ilin yanvar-may aylarında nəqliyyatçılar 601,2 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 90,4 faizi avtomobil nəqliyyatı, 9,3 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-may ayları ərzində 1 milyon 359,8 min sərnişin daşınıb, 2019-cu ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 6,8 faiz artım müşahidə olunub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 543,2 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz azalma qeydə alınıb. Sərnişinlərin 96,2 faizi avtobus, 3,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 19,0 faiz azalıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 43,0 faiz azalaraq 56,2 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 441,7 min və ya 48,4 faiz az sərnişin daşınıb, daşımaların 99,7 faizi dövlət, 0,3 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti