...

Xarici vətəndaşların Azərbaycanda bank kartları vasitəsilə xərclədiyi pulun məbləği açıqlanıb

İqtisadiyyat Materials 31 Avqust 2020 18:33 (UTC +04:00)
Xarici vətəndaşların Azərbaycanda bank kartları vasitəsilə xərclədiyi pulun məbləği açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

2020-ci ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə xərclədiyi vəsaitin həcmi açıqlanıb.

Trend-in məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”ında qeyd olunur ki, 2020-ci ilin yanvar-iyul ayında əcnəbilər tərəfindən bank kartları vasitəsi ilə 302,7 milyon manatlıq əməliyyat aparılıb.

Bildirilir ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalma müşahidə olunur. Bunun nəticəsində 2020-ci ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 23 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti