Hövsan Yaşayış Kompleksində növbəti mənzillərin güzəştlə satışı başlayır

Hövsan Yaşayış Kompleksində növbəti mənzillərin güzəştlə satışı başlayır

Bakı. Trend:

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27, 4 saylı binası üzrə 121, 5 saylı binası üzrə 260 və 6 saylı binası üzrə 93 mənzilin, ümumilikdə 501 mənzilin satışı 18 dekabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 28 dekabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcək.

Trend-in məlumatına görə, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 22 dekabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 28 dekabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

Satışa ümumilikdə 501 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 08.05.2018-ci il tarixli 25318 nömrəli müsbət rəyi mövcuddur.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mənzillərin mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilmişdir.

Bina №

Binanın yerləşdiyi torpaq sahəsi (m²)

Binada mərtəbə sayı

Binaya giriş sayı

Mənzillərin otaqlarının sayı

Mənzillərin sayı

Mənzillərin daxili perimetr üzrə sahəsi (m²)

Mənzillərin xarici perimetr üzrə sahəsi (m²)

Baş podratçı / ünvanı

Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi

1

7076,02

7

18

1

9

37,9 - 38,8

47,7 - 48,82

“HN Construction” MMC (binanın 1-ci və 3-cü seksiyaları) / Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, mənzil 14
“Perlit” MMC (binanın 4-cü və 5-ci seksiyaları) / Gəncə şəhəri, Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanası, ev 6

29 dekabr 2019-cu il

2

15

49,9 - 63,1

61,9 - 76,49

3

3

69,4 - 72,8

86,18 - 88,15

4

7076,02

7

18

1

26

37,9 - 39,2

47,85 - 49,96

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC (binanın 3-cü və 4-cü seksiyaları) / Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 1937-ci məhəllə

31 mart 2020-ci il

2

90

49,9 - 68

61,39 - 83,52

3

5

67,2 - 72,1

84,99 - 86,68

5

7076,02

7

18

1

40

37,9 - 39,2

47,7 - 49,96

“Merkuri-İnşaat” MMC (“Conco” MMC ilə konsorsium) (binanın 1-ci və 2-ci seksiyaları) / Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 64, mənzil 143;
“Araz İnşaatçı” MMC (binanın 3-cü, 4-cü və 5-ci seksiyaları) / Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, məhəllə 851, mənzil 10/86

28 fevral 2020-ci il; 29 mart 2020-ci il

2

191

49,9 - 69,3

61,39 - 84,11

3

29

67,2 - 73,3

84,39 - 88,15

6

7076,02

7

18

1

13

37,9 - 39,1

48,08 - 49,96

“MƏK-AN” MMM (binanın 4-cü seksiyası) / Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26N;
“SNT” İnşaat Şirkəti (AKA Şirkəti ilə konsorsium) (binanın 5-ci seksiyası) / Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 28

29 mart 2020-ci il

2

70

49,9 - 68

61,39 - 83,52

3

10

67,5 - 73

85,32 - 87,86

Satış şərtləri və qiymətlər:

Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.

Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

1 otaqlı mənzillərin qiyməti – 32 215 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 42 415 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 57 120 manatdan başlayır.

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

İllik faiz dərəcəsi

Müddət

Minimal ilkin ödəniş

Aylıq ödəniş*

1 otaqlı

2 otaqlı

3 otaqlı

4%

3-30 il

10%

138-143 manat

182-253 manat

245-268 manat

* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:

Otaqların sayı

Mənzilin qiyməti

(manat)

Əlavə endirim məbləği

(manat)

Əlavə endirimdən sonra mənzilin satış qiyməti

(manat)

1

32 215

3 221

28 994

2

42 415

4 241

38 174

3

57 120

5 712

51 408

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Hövsan Yaşayış Kompleksinin www.hovsan.mida.gov.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az www.mida.az internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı, Sumqayıt və Gəncə), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.

Qeyd: “Güzəştli mənzil” sisteminin istifadəçiləri satış modulundan istifadəyə dair və gözləmə qaydasında mənzil seçiminə dair təlimatlar ilə öz elektron kabinetlərinin müvafiq bölmələrində və ya www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış ola bilərlər.

Çempionlar Liqası: "Mançester Siti" "Borussiya"nı, "Real" "Atalanta"nı məğlub etdi
Çempionlar Liqası: "Mançester Siti" "Borussiya"nı, "Real" "Atalanta"nı məğlub etdi
UEFA bu çempionatların 2020/2021-ci il mövsümünü ləğv edib
UEFA bu çempionatların 2020/2021-ci il mövsümünü ləğv edib
Çempionlar Liqası: "Bavariya" və "Çelsi" qələbə qazanıb
Çempionlar Liqası: "Bavariya" və "Çelsi" qələbə qazanıb
Loading Bars
Xəbər lenti
Böyük Britaniya Nümayəndələr Palatasının veb-saytında Xocalı soyqırımı ilə bağlı bəyanat yerləşdirilib
İtalyan jurnalist: Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır
Göygöldə tikili yanıb
AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır
Vladimir Putin ilə Nikol Paşinyan arasında telefon danışığı olub
Prezident İlham Əliyev: Bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq
Azərbaycan Prezidenti: Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq
Prezident İlham Əliyev: Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir
İşğadan azad edilmiş ərazilərdə yetişdiriləcək əsas kənd təsərrüfatı məhsulları bunlar olacaq
Mediada yeni düşüncə, yeni layihə və yeni baxış prizmasına ehtiyac var - Bəhruz Quliyev
Könüllülər Xocalı soyqırımına həsr olunmuş tədbir keçirdi
Qeyri-formal məşğulluğun fəsadları: İnsanlar bu hüquqlarından məhrum olurlar
Peşə təhsili üzrə “Dərs vaxtı”nın fevralın 26-na olan cədvəli
Həmsədrlər Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dəstək göstərməlidir - Azay Quliyev
Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb (FOTO)
ASAN könüllülərindən minlərlə uşağı əhatə edən növbəti layihə (FOTO)
Paşinyanın bəyanatı növbəti dəfə Rusiyanın nüfüzuna endirilən xain və sarsıdıcı bir zərbə oldu - Hərbi ekspert
ATƏT-in hazırkı sədri Azərbaycana səfər etmək niyyətindədir
Ağdamdakı dağıntılar rusiyalı jurnalistləri dəhşətə gətirdi - Trend TV-nin REPORTAJI
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb (FOTO)
Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri (FOTO)
Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə Xocalı soyqırımı anılıb (FOTO)
“Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib
"Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib (FOTO)
Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib
ATƏT Azərbaycanın azad edilmiş ərazilərində vasitəçilik missiyalarını təşkil etməyə hazırdır
Polis zabitləri Paşinyanın istefası tələbinə qoşuldu
Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır - Vüqar Rəhimzadə
Yelo bankdan hamıya 14.9% ilə nağd kredit
MDU-da “Tədris prosesində innovasiya və sahibkarlıq yanaşmaları” mövzusunda təlim keçirilib (FOTO)
Şaxtadan qorunmaq üçün qurulan çadırlara 200-ə yaxın vətəndaş üz tutub - Trend TV
Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib (FOTO) (YENİLƏNİB)
Paşinyanın bəyanatı Rusiyanın hərb sənayesinə zərbə vurmaq niyyətini güdür - Siyasi şərhçi
Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək
Bakı və Sumqayıtda temperatur yüksəlib - FAKTİKİ HAVA
Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT
Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
Prezident İlham Əliyev: Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb
UNEC-də Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan beynəlxalq tədbir keçirilib (FOTO)
Azərbaycana gələn türkiyəli mütəxəssislər 520 nəfərə yardım edib
Böyükşor və Zığ gölləri ilə bağlı fərman və sərəncamda dəyişiklik edildi
Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Prezident İlham Əliyev: Hər zaman şəhid ailələrinin üzvləri və müharibə əlillərinin yanında olacağam
Prezident İlham Əliyev: Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir
Azərbaycan Prezidenti: Müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirilirdi
Sabah bu marşrutların hərəkət xətti dəyişdiriləcək
Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır
Azərbaycan Prezidenti: Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı
Azərbaycan Prezidenti: Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək
Prezident İlham Əliyev: Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb
Prezident İlham Əliyev: Biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq, bunu heç gizlətmirdik
Azərbaycan Prezidenti: AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi
Prezident İlham Əliyev: Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır
Pakistan şirkətlərinin işğaldan azad olunan ərazilərin bərpasına cəlbi müzakirə edilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da verilmir
Prezident İlham Əliyev: Şəhid olmuş övladlarımızın ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək
Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi (FOTO)
Ermənistanın güc strukturları çevriliş cəhdi ilə bağlı bəyanat yaydı
“Dostluq” yatağına dair Anlaşma Memorandumu təsdiqləndi
Silk Way West Airlines tibbi təyinatlı yüklərin qlobal daşınmasında aparıcı rol oynamağa hazırdır
Cəbrayılda daha bir nəfər minaya düşdü
Yerevan səmasında qırıcılar göründü (VİDEO)
Dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılacaq
Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşları aldadan şəxs ifşa edildi
Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir - Kamaləddin Qafarov
“Xocalıya ədalət” kampaniyası çərçivəsində “Xocalı Nişanəsi” filmi təqdim edilib (VİDEO)
AzTV-də "Qətl planı" - Tarixi qətllər araşdırılacaq (FOTO/VİDEO)
İranda 94 nəfər koronavirusdan ölüb
Ermənistan növbəti çevriliş astanasında - Əhali küçələrə axışır (VİDEO)
Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə edib (FOTO)
Mediada zəruri islahatlar: Yenilikçi, yaradıcı, qərəzsiz medianın formalaşması üçün nələr edilməlidir? – ŞƏRH
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktoru Bakıya gəlib (FOTO)
Möhtəşəm Triumf Palace layihəsində sərfəli şərtlərlə mənzillər əldə edə bilərsiniz (FOTO)
Prezident İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib (FOTO) (YENİLƏNİB)
Sabah hava yağmursuz olacaq
Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib (FOTO/VİDEO)
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Ukraynada dəyirmi masa keçirilib (FOTO)
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Xocalı soyqırımı qurbanlarının qisası alındı - Deputat
Küveyt mediasında Xocalı soyqırımı barədə məqalələr dərc olunub
Ölkədə peyvənd olunanlar daha çox bu yaşda olanlardır - STATİSTİKA
Azəbaycanlılar Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar
Azərbaycanda 207 mindən çox insan koronavirusa qarşı peyvənd olunub - RƏSMİ
ÜST bölgələrdə işləyən tibb işçiləri üçün təlimlər keçirir
“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
Nazirlikdən İTV-də polisin fəaliyyətinin tənqid edilməsi ilə bağlı AÇIQLAMA
Qarda yıxılaraq xəsarət alanların sayı artıb (ƏLAVƏ OLUNUB)
Xəzər dənizinin Azərbaycan sektorunda ən sərt qış mövsümü 97 il əvvəl olub - Coğrafiya İnstitutu
"Xocalı soyqırımını unutma!" mövzusunda videokonfrans təşkil edilib (FOTO)
Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Çörəyin qiymətinin artması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbsi ilə bağlı məlumat yayıb
Dələduzluğa görə axtarışda olan qadın 6 il sonra saxlanıldı
Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən virtual elmi konfrans keçirilib (FOTO)
Bütün xəbərlər