...

"KOB Dostu" Şirvanda fəaliyyətə başlayıb

İqtisadiyyat Materials 4 Fevral 2021 12:10 (UTC +04:00)
"KOB Dostu" Şirvanda fəaliyyətə başlayıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

"KOB Dostu" artıq Şirvan şəhərində də fəaliyyətə başlayıb.

Bu barədə Trend-ə KOBİA-dan bildiriblər. Şirvan şəhərində, eləcə də ona yaxın ətraf bölgələrdə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri və öz biznesini qurmaq istəyən potensial sahibkarlar biznes fəaliyyəti ilə bağlı dəstək və xidmətlər üçün Şirvan “KOB Dostu”na müraciət edə bilərlər.

Şirvan "KOB Dostu" ofisi Şirvan Gənclər Mərkəzində yerləşir. Digər KOB dostları kimi Şirvan “KOB Dostu” da iqtisadi rayonda yeni KOB-ların yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində təmin edəcək, bu məqsədlə mövcud dövlət dəstəyi mexanizmləri və Agentliyin xidmətləri (informasiya, məsləhət, hüquqi yardım, dövlət və özəl qurumlarla əlaqəndirmə və s.) çərçivəsində sahibkarlara zəruri dəstək göstərəcək, KOB-ların maraqlarının müdafiəsi, qarşılaşdıqları çətinliklərin həlli istiqamətində dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görəcəkdir.

Həmçinin, Şirvan "KOB Dostu" sahibkarların inkişaf ehtiyaclarını və təkliflərini sorğular vasitəsilə öyrənəcək, KOB-lara göstərilən dəstək və xidmətlərin təkmilləşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi məqsədilə monitorinqlər aparacaqdır.

Hazırda ölkənin 21 şəhər və rayonunda 26 “KOB Dostu” fəaliyyət göstərir. 2021-ci il ərzində Salyan, İsmayıllı, Hacıqabul, Sabirabad, Göyçay və digər şəhər və rayonlarda da KOB dostlarının fəaliyyətə başlaması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti