...

"MilliÖn"dən ödəniş problemi ilə bağlı açıqlama

İqtisadiyyat Materials 25 Oktyabr 2021 14:04 (UTC +04:00)

Bakı. Fərid Zöhrabov - Trend:

Sosial şəbəkələrdə yayılan məlumatlara görə dünəndən "MilliÖn"ün bir neçə terminalında ödəmə ilə bağlı problem yaranıb.

Məsələ ilə bağlı "MilliÖN" ödəniş sisteminin operator şirkəti olan "Komtec" MMC-nin müştəri xidmətləri bölməsinin rəhbəri Ülviyyə Əfəndiyeva Trend-ə bildirib ki, problem ödəmə terminallarında deyil.

O qeyd edib ki, "MilliÖN" ödəniş sistemində dünən, bu gün heç bir problem olmayıb:

"MilliÖN"dən keçən ödənişlər hamısı uğurlu olub, ödəmədə heç bir çətinlik müşahidə olunmur. Problem banklarla bağlıdır."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti