...

Azərbaycan və Türkiyə qiymətli kağızların qarşılıqlı ticarətini təşkil edəcək

İqtisadiyyat Materials 16 Noyabr 2021 13:01 (UTC +04:00)
Azərbaycan və Türkiyə qiymətli kağızların qarşılıqlı ticarətini təşkil edəcək

Bakı. Fərid Zöhrabov - Trend:

Azərbaycan və Türkiyə qiymətli kağızların qarşılıqlı ticarətinin təşkil olunmasında razılığa gəlib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

E.Rüstəmov bildirib ki, Azərbaycan tərəfi Türkiyə dövləti, onun maliyyə infrastrukturu ilə geniş əməkdaşlıq edir:

"Razılığa gəlmişik ki, Türkiyənin “İstanbul Fond Birjası”nda listinqdə olan qiymətli kağızlar “Bakı Fond Birjası”nda, Azərbaycana məxsus qiymətli kağızlar isə Türkiyə birjasında ticarət olunsun", - Mərkəzi Bankın sədri deyib.

E.Rüstəmov bildirib ki, böyük şirkətlərlə əməkdaşlıq davam edir:

"Onlar öz qiymətli kağızlarını buraxmaq istəyirlər. Sığorta bazarında inkişaf potensialı böyükdür. 2022-ci il yeni sosial iqtisadi strategiyanın, yeni onilliyin başlanğıc ilidir", - deyə Elman Rüstəmov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti