...

Ehtiyac meyarının həddi ilə bağlı qanun layihəsi ikinci oxunuşda təsdiq edilib

İqtisadiyyat Materials 24 Noyabr 2021 11:13 (UTC +04:00)
Ehtiyac meyarının həddi ilə bağlı qanun layihəsi ikinci oxunuşda təsdiq edilib

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclis “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsini ikinci oxunuşda təsdiq edib.

Trend-in məlumatına görə, layihədə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilməsi təklif edilib.

Təklif səsverməyə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Qeyd edək ki, 2021-ci il üzrə ehtiyac meyarı 170 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti