...

Gələn il Bakıda mənzil qiymətləri stabilləşə bilər - Ekspert

İqtisadiyyat Materials 27 Noyabr 2021 11:19 (UTC +04:00)
Gələn il Bakıda mənzil qiymətləri stabilləşə bilər - Ekspert

Bakı. Elçin Mehdiyev - Trend:

2022-ci ilin dövlət büdcəsindən ipoteka kreditləri üçün ayrılan vəsaitin həcminin artırılması növbəti il Bakıda mənzil qiymətlərinin stabilləşməsinə təsir göstərə bilər.

Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov.

N.İbrahimov bildirib ki, gələn il həm Bakıda, həm də digər şəhərlərdə sosial mənzillərin tikintisi davamm edəcək:

“Dövlət büdcəsindən vəsaitin artırılması daha çox insanın güzəştli şərtlərlə mənzilə sahib olmasına imkan verəcək ki, bu da mənzil bazarında qiymətlərin stabilləşməsinə şərait yaracadaq”, - deyə ekspert bildirib.

Qeyd edək ki, əhalinin mənzillə təminatını yaxşılaşdırmaq məqsədilə ipoteka layihələrini maliyyələşdirmək üçün 2022-ci ilin dövlət büdcəsindən 95 milyon manat və ya cari illə müqayisədə 34 faiz çox vəsaitin ayrılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti