...

Azərbaycanda anti-inflyasiya proqramının hazırlanması başa çatır - Elman Rüstəmov

İqtisadiyyat Materials 12 Fevral 2022 13:59 (UTC +04:00)
Azərbaycanda anti-inflyasiya proqramının hazırlanması başa çatır - Elman Rüstəmov

Bakı. Sədrəddin Ağcayev - Trend:

Yaxın zamanlarda Azərbaycan hökuməti Mərkəzi Bank tərəfindən hazırlanmış anti-inflyasiya proqramını qəbul edəcək.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, Bank aparıcı maliyyə təşkilatları ilə birgə anti-inflyasiya proqramının hazırlanmasını başa çatdırır və yaxın zamanlarda bu proqram hökumət tərəfindən müzakirə olunaraq qəbul ediləcək.

E.Rüstəmov qeyd edib ki, Mərkəzi Bankın proqnozlarına əsasən, 2022-ci ilin ikinci yarısından inflyasiya azalmağa doğru gedəcək və bank hazırda beynəlxalq təşkilatların inflyasiya proqnozunu azaldacağına ümid edir.

"Dünyanın aparıcı mərkəzi bankları monetar və pul siyasətini sərtləşdirməti, anti-inflyasiya tədbirlərini gücləndirməlidir. Bu, həm o ölkələrdə inflyasiyanın azalmasına kömək edəcək, həm də Azərbaycana infllyasiyanın idxalının azalmasına yol açacaq. Bundan başqa, Mərkəzi Bankda ölkəmizdə inflyasiyanın azaldılması üzrə mərhələli işlər aparılır", - deyə o bildirib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti