...

Lökbatan qəsəbəsinin küçələri təmir edilir (FOTO/VİDEO)

İqtisadiyyat Materials 18 May 2022 09:57 (UTC +04:00)
Lökbatan qəsəbəsinin küçələri təmir edilir (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri və onun qəsəbələrinin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan küçə və yollarında yeni yol infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir.

Agentlikdən Trend-ə bildirilib ki, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan bu işlər 2022-ci ilin "İnvestisiya Proqramı"na uyğun olaraq Qaradağ rayonunda da həyata keçirilir.

Proqram çərçivəsində hazırda rayonunun Lökbatan qəsəbəsində uzunluğu 1 200, eni 6 metr olan Vilayət Əsgərov küçəsində təmir işləri aparılır. Sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu.

Yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb, yol əsası işlənilib, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.

Hazırda küçə boyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Təmir işlərinin aparıldığı sahə 7 200 kv.m təşkil edir.

Sadalanan təmir işləri qəsəbənin 2 430 metr uzunluğa, 6 metr enə malik Massiv 1, küçə 2 ünvanında da icra olunur. İşlərinin aparıldığı 14 580 kv.m sahədə asfaltlanma işlərinə də strat verilib.

Ümumilikdə qəsəbənin 1 və 2-ci yaşayış massivləri üzrə 8 430 metr uzunluğa malik küçə və yollarında hazırda təmir işləri icra olunur.

Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6.5 km olan küçə və yollarda təmir işləri aparılıb. Cari ildə təmiri nəzərdə tutulan küçələrin uzunluğu isə 19.6 km təşkil edir.

Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Qaradağ rayonunda vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti