...

Bakının bərpa olunan məşhur "Şərq Bazarı"ndan REPORTAJ

İqtisadiyyat Materials 7 İyun 2022 17:01 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurması işləri icra olunarkən bir sıra nüanslara xüsusi diqqət yetirilib. Bərpa zamanı layihə komandasının qarşısında duran əsas vəzifələr ilkin konsepsiyanın qorunması və xüsusi elementlərin saxlanılması olub. Kompleksdə yenidənqurma zamanı yerli materiallardan maksimum istifadə edilib, həmçinin, müasir texnologiya və avadanlıqların tətbiqinə xüsusi diqqət yetirilib.

“Şərq Bazarı” kompleksinin meneceri Fuad İbrahimov Trend-ə bildirib ki, müasir tipli bazar Bakı sakinlərinin və turistlərin sevimli məkanına çevriləcək.

Onun sözlərinə görə, “Şərq Bazarı”nın girişində kiril əlifbası ilə yazılmış orijinal yazı eyni kalliqrafiyada inkişaf etdirilərək latın əlifbasına dəyişdirilib, daxildəki işarə və başlıqlar bazarın üslubuna uyğun yenidən dizayn olunub.

"“Şərq Bazarı”-nın 78 ticarət dükanında ancaq ölkəmizdə istehsal olunan mallar satışa çıxarılacaq. Hesab edirəm ki, “Şərq Bazarı” ən qısa zaman ərzində turistlərin sevimli məkanlarından birinə çevriləcək".

Bazarda 78 icarədar fəaliyyət göstərəcək ki, bu da 300 yeni iş yerinin yaranması deməkdir.

“Şərq Bazarı”nın ilkin layihələndirilməsi 1980-ci illərin məşhur memarları Uruzmaq Revazov, Pavel Yarinovski və Anatoliy Bessonov tərəfindən icra olunub. Kompleks 3-ü böyük, 13-ü kiçik olmaqla 16 gümbəzdən ibarətdir.

FOTO - Zaur Mustafayev
VİDEO - Seymur İsmayılov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti