...

AYİB-lə biznesin inkişafının dəstəklənməsi məsələləri müzakirə edilib

İqtisadiyyat Materials 10 İyun 2022 17:57 (UTC +04:00)
AYİB-lə biznesin inkişafının dəstəklənməsi məsələləri müzakirə edilib

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ölkə nümayəndəliyinin rəhbəri Kamola Mahmudova ilə görüşüb.

KOBİA-dan Trend-ə bildirilib ki, görüşdə Agentlik və AYİB arasında texniki yardım layihəsi çərçivəsində uğurlu əməkdaşlıq qeyd olunub və bu əməkdaşlığın genişləndirilməsinə maraq ifadə edilib.

Görüşdə rəqəmsal və yaşıl iqtisadiyyat, dövlət-özəl sektor tərəfdaşlığı sahələrində təşəbbüslərin dəstəklənməsi, KOB-ların maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi, AYİB-in müxtəlif proqram və layihələrində iştirak məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti