...

Azərbaycanda ÜDM 5,6 faiz artıb

İqtisadiyyat Materials 19 Oktyabr 2022 14:06 (UTC +04:00)

Bakı. Trend:

Bu ilin 9 ayında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 5,6% artıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, 2022-ci ilin yanvar-sentyabr aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6% artaraq 98 mlrd. 77,8 mln. manat, qeyri-neft-qaz sektoru üzrə isə 10,1% artaraq 50 mlrd. 285,8 mln. manat olub.

M.Cabbarov qeyd edib ki, qeyri-neft-qaz sektorunda artımın əvvəlki ildə olan artım tempi ilə müqayisədə sürətlənməsi prosesi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti