...

Türkiyə Avropaya qaz və neft tədarükü üçün enerji dəhlizinə çevrilə bilər - nazir

İqtisadiyyat Materials 30 Oktyabr 2022 22:52 (UTC +04:00)
Türkiyə Avropaya qaz və neft tədarükü üçün enerji dəhlizinə çevrilə bilər - nazir

Bakı. Trend:

Türkiyə Rusiya, İran və Səudiyyə Ərəbistanından Avropaya qaz və neft tədarükü üçün enerji dəhlizinə çevrilə bilər.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu bazar günü Türkiyənin maliyyə və xəzinədarlıq naziri Nureddin Nebati deyib.

Onun sözlərinə görə, Türkiyə ərazisindən keçəcək qaz və neft Avropaya daha ucuz və təhlükəsiz şəkildə çatdırıla bilər.

"Bu, dünyanı tənəzzülə sürükləyən yüksək qiymət problemlərinin ən yaxşı həllidir. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, Türkiyə enerji böhranı fonunda dünyada, xüsusilə də Avropada gərginliyin aradan qaldırılması üçün məsuliyyəti öz üzərinə götürməyə və addımlar atmağa hazırdır", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti