...

Bakı metrosunda bank kartları ilə ödənişin ilkin sınaq işləri uğurla aparılıb - Sədr müavini

İqtisadiyyat Materials 5 Noyabr 2022 15:06 (UTC +04:00)
Bakı metrosunda bank kartları ilə ödənişin ilkin sınaq işləri uğurla aparılıb - Sədr müavini
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı metrosunda bank kartları ilə ödənişin tətbiqi istiqamətində işlər davam etdirilir.

Trend-in məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC -nin sədr müavini Hidayət Məmmədov bu gün Bakı metropoliteninin 55 illiyinə həsr edilən tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.

Sədr müavini bildirib ki, texniki dizayn işləri davam etdirilir.

"İlkin sınaq işləri uğurla aparılıb. Bakı Metropolitenindən eyni zamanda kifayət qədər çox sayda sərnişin istifadə etdiyindən sistemin texniki funksionallığı ən optimal həddə olmalıdır. Yəni, bura kifayət qədər çoxsaylı məsələlərin həlli vacibdir. Bütün sınaqlar tam başa çatdırılıb, sisteminin problemsiz fəaliyyəti təmin edildikdən sonra konkret tətbiq istiqamətində məlumatlar veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti