...

Əsas prioritetlərdən biri azad olunan bölgələrdə yataqların iqtisadi dövriyyəyə cəlb edilməsidir - Agentlik sədri

İqtisadiyyat Materials 30 Dekabr 2022 16:37 (UTC +04:00)
Əsas prioritetlərdən biri azad olunan bölgələrdə yataqların iqtisadi dövriyyəyə cəlb edilməsidir - Agentlik sədri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə əsas prioritet sahələrdən biri işğaldan azad olunan bölgələrdə faydalı qazıntı yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsidir.

Bunu bu gün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov ilin yekunlarına dair keçirilən brifinq zamanı Trend-in sualına cavab olaraq deyib.

O qeyd edib ki, ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqlarından istifadə edilməsinə icazələrin verilməsi nəzərdə tutulur.

“Agentliyin fəaliyyət istiqamətləri çərçivəsində 2023-cü ildə də digər işlər qaldığı yerdən davam etdiriləcəkdir. Belə ki, bu sahədə hesabatlılığın təmin edilməsi, Yerin təkinin mühafizəsinin təmin olunması, mineral xammal bazamızın artırılması və qorunması, qabaqcıl beynəlxalq təcrübələrin öyrənilərək ölkəmizdə tətbiq olunması üçün işlər intensiv davam etdiriləcək”, - deyə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti