...

Türkiyədə 500 lirəlik əskinasların buraxılacağı ilə bağlı iddialar reallığı əks etdirirmi?

İqtisadiyyat Materials 18 Aprel 2023 19:33 (UTC +04:00)
Türkiyədə 500 lirəlik əskinasların buraxılacağı ilə bağlı iddialar reallığı əks etdirirmi?

Bakı. Trend:

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) Türkiyədə 500 TL-lik əskinasların buraxılacağı ilə bağlı iddiaları təkzib edib.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) Bingöl millət vəkili, Türkiyə Böyük Millət Məclisi (TBMM) Plan və Büdcə Komitəsinin sədri Cevdet Yılmaz "500 TL əskinas çap olunacaq" iddiaları ilə bağlı açıqlamalar verib.

Cevdet Yılmaz bildirib ki, Türkiyənin 500 lirəlik əskinaslara ehtiyacı yoxdur.

"Qarşıdakı dövrdə əsas prioritetimiz inflyasiyanın azaldılması, 2-3 il ərzində təkrəqəmli rəqəmlərə çatmasıdır. Bugünkü inflyasiya ilə spekulyasiyalar var, amma qeyri-müəyyənliyin azaldığı bir mühitdə - seçkidən sonra inflyasiya azalacaq”, - deyə Cevdet Yılmaz bildirib.

Məlumat üçün qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Türkiyədə millətvəkili namizədlərinin siyahısı aprelin 9-da Ali Seçki Şurasına (YSK) təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti