...

Azərbaycanda ixrac edilən qeyri-neft məhsulları siyahısında elektrik enerjisi birinci olub

İqtisadiyyat Materials 29 Aprel 2023 07:12 (UTC +04:00)
Azərbaycanda ixrac edilən qeyri-neft məhsulları siyahısında elektrik enerjisi birinci olub

Bakı. Trend:

Azərbaycanda cari ilin yanvar-mart aylarında ixrac edilən qeyri-neft məhsulları siyahısında elektrik enerjisi birinci olub.

Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın aprel sayına istinadla bildirir ki, üç ayda ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (281,1 milyon ABŞ dolları) birinci olub.

Bu siyahıda meşə fındığı ixracı (37 milyon ABŞ dolları) ikinci, ilkin formalı polipropilen (36 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti