...

Azərbaycanda aqrar sənaye məhsullarının ixracı artıb

İqtisadiyyat Materials 1 Sentyabr 2023 10:37 (UTC +04:00)
Azərbaycanda aqrar sənaye məhsullarının ixracı artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-iyul ayları ərzində aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,6% artaraq 540,2 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.

Qeyd edək ki, qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,3% artaraq 119,4 milyon ABŞ dolları təşkil edib.

2023-cü ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (314,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (124,2 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (79,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti