...

Hüquqi şəxslərin əmlak vergisi üzrə proqnoz artırılır

İqtisadiyyat Materials 14 Oktyabr 2023 10:50 (UTC +04:00)
Hüquqi şəxslərin əmlak vergisi üzrə proqnoz artırılır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 336 milyon manatının və ya 1 %-nin hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7,7 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti