...

Azərbaycan nefti bahalaşdı

İqtisadiyyat Materials 21 Oktyabr 2023 09:38 (UTC +04:00)
Azərbaycan nefti bahalaşdı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,72 ABŞ dolları, yaxud 1,79% artaraq 97,68 ABŞ dolları təşkil edib.

Trend xəbər verir ki, “Brent” markalı neftin dekabr fyuçersləri 92,16 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti