...

Azərbaycan və Belarus audit sahəsində fəal əməkdaşlıq edir (ÖZƏL)

İqtisadiyyat Materials 24 Oktyabr 2023 17:35 (UTC +04:00)
Azərbaycan və Belarus audit sahəsində fəal əməkdaşlıq edir (ÖZƏL)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Belarus imzalanmış əməkdaşlıq sazişləri çərçivəsində audit sahəsində fəal təcrübə mübadiləsi aparır.

Bu barədə Trend-ə Belarus Respublikası Dövlət Nəzarəti Komitəsi sədrinin birinci müavini Dmitri Basko deyib.

Onun sözlərinə görə, Bakıda keçirilən 3-cü "Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Dialoq" çərçivəsində Belarus tərəfi Azərbaycanın Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla görüşəcək, həmçinin aqrar sənaye kompleksində audit sahəsində təcrübə mübadiləsi üzrə ikitərəfli seminar keçiriləcək.

"Bu səbəbdən, şübhəsiz, hazırda bizim təcrübəmiz, eləcə də Azərbaycanın səmərəlilik auditlərinin keçirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasının qiymətləndirilməsi və dövlət proqramlarının reallaşdırılması üzrə təcrübəsi müəyyən maraq kəsb edir. Misal üçün, biz Azərbaycanla toxumçuluq sahəsində paralel audit aparmışıq və bir-birimizlə bölüşmək üçün kifayət qədər çox maraqlı nəticə və yekunlarımız var", - deyə Basko qeyd edib.

Xatırladaq ki, Bakıda “2023-cü il Qlobal DİM Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumların rolu”üzrə Üçüncü DİM Dialoqu keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti