...

Kölgə iqtisadiyyatında dövriyyələrin ağardılması prosesi sürətlənib – Xidmət rəisi

İqtisadiyyat Materials 6 Noyabr 2023 11:29 (UTC +04:00)
Kölgə iqtisadiyyatında dövriyyələrin ağardılması prosesi sürətlənib – Xidmət rəisi

Bakı. Trend:

Son dövrlər Vegi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından ciddi, geniş dəyişikliklər edilib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

O qeyd edib ki, bu zaman əsas məqsəd daha liberal, praktiki, ünvanlı, sahibkarlığa, xüsusilə kiçik və orta biznesə dəstək verən qanunvericiliyin formalaşdırılması olub.

O.Nəzərlinin sözlərinə görə, əldə olunan fiskal nəticələrdə, iqtisadi artımla yanaşı şəffaf münasibətlərin qurulması kölgə iqtisadiyyatının miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərinin leqallaşdırılması konteksində atılan addımların da böyük rolu olub.

"Təhlillər göstərir ki, hazırda kölgə iqtisadiyyatında cəmlənmiş dövriyyələrin əhəmiyyətli hissəsinin ağardılması prosesi sürətlənib", - O.Nəzərli bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti