...

GoldenPay ASC-ın rəhbərliyində dəyişiklik edildi - YENİ TƏYİNATLAR

İqtisadiyyat Materials 11 Dekabr 2023 12:15 (UTC +04:00)
GoldenPay ASC-ın rəhbərliyində dəyişiklik edildi - YENİ TƏYİNATLAR

Bakı. Trend:

Azərbaycanın ən böyük onlayn ödəmə şirkəti olan "GoldenPay" gələcək inkişafı üçün mühüm qərarlar qəbul edib.

Ölkədə ilk və lider onlayn ödənişlər şirkəti olan – "QoldenPey" ASC-nin ("GoldenPay") İdarə Heyətinə yeni təyinatları elan etməkdən məmnundur.

Əvvəllər İdarə Heyətinin üzvü və Kommersiya üzrə Baş Direktoru vəzifəsində çalışan Eynar Abdullayev Rəfail oğlu 21 noyabr 2023-cü il tarixindən etibarən "QoldenPey" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Bundan əlavə, Rəşad Mahmudov Asif oğlu "QoldenPey" ASC-nin İdarə Heyətinin yeni üzvü təyin edilib.

Eynar Abdullayev həmçinin, "GoldenPay" şirkətinin İdarə Heyətinin sədri vəzifəsində, "GoldenPay"in Baş icraçı direktoru olaraq fəaliyyətini davam etdirəcək. Bu addım "GoldenPay"-in onlayn ödəniş sektorundakı mövqeyini daha da yüksəltmək və gücləndirmək üçün Eynar Abdullayevin geniş təcrübəsindən və liderlik bacarıqlarından istifadə etmək məqsədi daşıyır.

Xatırladaq ki, Eynar Abdullayev 2020-ci ildən "GoldenPay" şirkətində Məsul və Marketinq Departamentinin Direktoru olaraq çalışmağa başlamışdır. Bu vəzifədə o, çoxsaylı layihələrin və kampaniyaların uğurla həyata keçirilməsində mühüm rol oynamışdır. Həm yerli, həm də beynəlxalq əməkdaşlığın qurulmasında, GoldenPay-in bazardakı mövqeyinin gücləndirilməsində öz töhfəsini vermişdir.

"QoldenPey" ASC-in İdarə Heyətinin tərkibində edilən dəyişikliyə əsasən, ötən ildən Eynar Abdullayev GoldenPay-in İdarə Heyətinin üzvü olub və Kommersiya üzrə Baş Direktoru vəzifəsini icra edirdi.

Rəşad Mahmudov Asif oğlu 2018-ci ildən etibarən "QoldenPey" ASC şirkətində İnformasiya Texnologiyaları üzrə baş Direktor vəzifəsini icra edir. Rəşad Mahmudov, "QoldenPey" ASC şirkətinin fəaliyyətinin irəliləyişində çoxsaylı nailiyyətlər əldə etdiyini nümayiş etdirib, bir sıra uğurlu layihələrə imza atmışdır.

Ölkənin ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

Fəaliyyətə başladığı ilk gündən şirkətin başlıca məqsədi insanların ödəmə vərdişlərini dəyişdirərək vaxta qənaət etmələrinə kömək etməkdir. Bu səbəbdən də 2011-ci ilin aprel ayında şirkət Hesab.az onlayn ödəmə portalını yaratdı. Platforma vasitəsilə kommunal, stasionar və mobil rabitə, internet, bank və mağaza kreditləri, parkinq ödənişləri etmək, onlayn sığorta alışı, kinoteatr biletləri və s. əldə etmək mümkündür.

GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın Facebook, İnstagram səhifələrindən əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti