...

COP28 konfransında mühüm irəliləyiş əldə etdik - Sultan Əl Caber

İqtisadiyyat Materials 11 Dekabr 2023 17:49 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Dubay. Trend:

COP28 konfransında mühüm irəliləyiş əldə etdik.

Trend bazar ertəsi xəbər verir ki, bunu eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "ADNOC" Milli Neft Şirkətinin rəhbəri olan COP28 prezidenti Sultan Əl Caber Dubayda keçirilən COP28 konfransında deyib.

"Lakin biz bununla hələ qurtarmamışıq. İqtisadiyyatın real sektorunun iştirakçılarının fəaliyyəti və yüksək səviyyədə liderlər tərəfindən daimi liderlik yaxşı nəticələrin əldə edilməsi və qəti fəaliyyət yönümlülüyün təmin edilməsi üçün üçün həlledici əhəmiyyət kəsb edir. Bütün ictimaiyyət COP28 nəticələrini təşviq edərək hiss olunacaq tərəqqi və sülhə çevirməyə çalışır", - o deyib.

Al Caber qeyri-dövlət subyektlərinin son iki həftə ərzində mühüm töhfə verdiyini qeyd edib. Onun sözlərinə görə, xüsusən Dünya Bankı iqlim dəyişikliyi ilə mübarizə üzrə layihələrin illik maliyyələşdirilməsini artırır.

"İqlim və təbiət sahəsində qlobal hədəflərimizin, eləcə də ərzaq sektorları üzrə tədbirlərin və maliyyə öhdəliklərinin inteqrasiyası - bütün bunlar tərəflərin yeni vədləri və götürdükləri öhdəliklərlə birgə ambisiyalarımızı artıraarq bunların həqiqətən də "COP tədbirləri" olduğunu nümayiş etdirir", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti