...

Banklardan kənarda nağd pulun həcmində artımlar davam edir - Deputat

İqtisadiyyat Materials 18 Dekabr 2023 14:56 (UTC +04:00)
Banklardan kənarda nağd pulun həcmində artımlar davam edir - Deputat
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Banklardan kənarda nağd pulun həcmində artımlar davam edir. Hazırda banklardan kənarda 14 milyard 941 milyon manat nağd vəsait var.

Trend xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında deyib.

O qeyd edib ki, əgər bu ilin ilk 8 ayının yekunlarında evlərdə 14 milyard 604 milyon manat saxlanılırdısa, bu rəqəm 9 aylıq yekunlarda 14 milyard 741 milyon manat olub. Bu ilin ilk 10 ayında isə banklardan kənarda nağd pulun həcmi əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 17 faiz artaraq 5 milyard manata çatmaqdadır.

""Yastıq altında" böyük həcmdə nağd pulun saxlanılması real sektorun maliyyələşdirilməsi baxımından arzuolunan deyil. Çünki potensial olaraq həmin pulların çox hissəsinin banklar vasitəsi ilə iqtisadiyyata yönəldilməsi mümkündür.

Evlərdə saxlanılan nağd pulun həcminin çox olması banklara inamın artırılması istiqamətində işlərin daha da sürətləndirilməsini prioritetləşdirir. Bu kontekstdən, zəif bankların bağlanması deyil, onların konsolidasiyası, yəni birləşdirilməsi mexanizminə ehtiyac var. Bu nağd vəsaitlərin banklar vasitəsi ilə real sektora yönəlməsinə gətirib çıxara bilər", - deyə V.Bayramov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti