...

Yanvar ayında gündəlik 598 min barel neft hasil olunub

İqtisadiyyat Materials 16 Fevral 2024 13:24 (UTC +04:00)
Yanvar ayında gündəlik 598 min barel neft hasil olunub

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 598 min barel olub.

Energetika Nazirliyindən Trend-ə bildirilib ki, bunun 474 min barelini xam neft, 124 min barelini kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti