Bakı. Trend:
"ASDREK" Mənzil-Tikinti Kooperativi (MTK) ləğv edilir.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1141 Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 576 ünvanına bildirə bilərlər.
Şirkətin ləğv olunma səbəbi açıqlanmayıb.
Qeyd edək ki, sözügedən Mənzil-Tikinti Kooperativi (MTK) 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MTK-nın qanuni təmsilçisi Mövsümov Rəsul Şahin oğludur.