Bakı. Trend:
Ötən ilin ilk 11 ayında Azərbaycandan xarici ölkərə 179,44 ton miqdarında yod ixrac edilib.
Trend Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, bu miqdarda məhsulun ixracının dəyəri 10,1 milyon ABŞ dolları olub. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 16,22 ton (8,3%), dəyər ifadəsi ilə 3,3 milyon ABŞ dolları (24,9%) azdır.
Belə ki, 2023-cü ilin eyni dövründə Azərbaycandan ixrac edilmiş yodun miqdarı 195,65 ton, dəyəri isə 13,4 milyon ABŞ dolları təşkil edib.
Bəhs olunan dövrdə Azərbaycandan Rusiyaya (41,44 ton, 2,5 milyon ABŞ dolları), Çinə (64 ton, 3,5 milyon ABŞ dolları), Hindistana (54 ton, 2,9 milyon ABŞ dolları) və İtaliyaya (20 ton, 1,1 milyon ABŞ dolları) yod ixrac edilib.
Qeyd edək ki, hesabat dövründə yod idxalının həcmi 0,01 ton, dəyəri isə 1,62 min ABŞ dolları olub.