...

Azərbaycanın xarici ticarət dövriyyəsi 70%-dən çox artıb

İqtisadiyyat Materials 17 Fevral 2025 17:27 (UTC +04:00)
Azərbaycanın xarici ticarət dövriyyəsi 70%-dən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5 milyard 90,8 milyon ABŞ dolları olub.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 104,7 milyon ABŞ dolları və ya 70,5% çoxdur. Ötən ilin yanvarında Azərbacyanın xarici ticarət dövriyyəsinin həcmi 2 milyard 986,1 milyon ABŞ dolları idi.

Ötən ay ticarət dövriyyəsinin 3 milyard 38 min dolları ixracın, 2 milyard 52 milyon dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 1 milyard 195 milyon dollar (64,8%) və 910 milyon dollar (79,7%) çoxdur.

Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti