Bakı. Trend:
2024-cü ildə cari əməliyyatlar balansının profisiti 4.7 mlrd. ABŞ dolları və ya ümumi daxili məhsulun (ÜDM) 6.3%-ni təşkil edib.
Trend-ə bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata görə, 2023-cü ilin yekunu üzrə cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) 11.5%-i səviyyəsində profisit olub.
“Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin yanvar ayında xarici ticarət balansında 1 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40.5% çoxdur.
“Son qiymətləndirmələrə görə 2025-ci ilin yekunu üzrə cari hesab proqnozunda 2024-cü illə və daha öncəki proqnozla müqayisədə yaxşılaşma ehtimalı var”, - deyə AMB qeyd edib.