...

İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi açıqlanıb

İqtisadiyyat Materials 18 Mart 2025 13:13 (UTC +04:00)
İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanın ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 3.4 milyard dollar kəsir, qeyri-neft-qaz sektoru üzrə isə 647.4 milyard dollar profisit olub.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, nəticədə ilkin gəlirlər balansında kəsir 14.5% daralaraq 2.7 milyard dollar təşkil edib.

Məlumata əsasən, hesabat dövründə ilkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 7.9 milyard dollar olub.

"Bunun 67.3%-ini 5.3 milyard dollar olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib. Bu məbləğin isə əsas hissəsini (3.9 milyard dollar) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 3.5 milyard dollar beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (0.3 milyard dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (0.5 milyard dollar) və digər ödənişlər (0.6 milyard dollar) təşkil edib), - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti