Bakı. Trend:
Ötən il təkrar gəlirlər üzrə Azərbaycanla xarici ölkələr arasında aparılan əməliyyatların ümumi həcmi 1.8 milyard ABŞ dolları məbləğində qiymətləndirilib.
Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, daxilolmalar 1.2 milyard dollar, ödənişlər isə 0.6 milyard dollar təşkil edib.
Hesabat dövründə təkrar gəlirlər üzrə ümumi daxilolmaların 86.9%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 11.4%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 1.7%-ni isə digər daxilolmalar təşkil edir. Ölkəyə göndərilən pul baratlarının həcmi 34.6% daralaraq 1.1 milyard dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 4.2% azalaraq 0.5 milyard dollar olub. Nəticədə pul baratları üzrə 0.6 milyard müsbət saldo yaranıb.
Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 631.7 milyon dollar (40.3% azalma) təşkil edib.