Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Xorvatiyaya 188,2 milyon ABŞ dolları dəyərində 338,9 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 137,7 milyon ABŞ dolları və ya 3,7 dəfə, həcm ifadəsində isə 259,7 min ton və ya 4,3 dəfə çoxdur.
Dövr ərzində Xorvatiya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandan ümumilikdə 2,7 milyard ABŞ dolları dəyərində 4,8 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə dəyər baxımından 153,2 milyon ABŞ dolları və ya 5,4%, həcm ifadəsində isə 182,9 min ton və ya 4% çoxdur.
Bundan başqa, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanla Xorvatiya arasında ticarət əməliyyatlarının həcmi 189,2 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 137,7 milyon ABŞ dolları və ya 3,7 dəfə çoxdur.
Hesabat dövründə Xorvatiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,12%-i həcmində olub. Bununla da Xorvatiya Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr sırasında 9-cu pillədə qərarlaşıb.
Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Xorvatiyaya 188,2 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 137,8 milyon ABŞ dolları və ya 3,7 dəfə çoxdur. Hesabat dövrü ərzində Xorvatiya ilə ixrac əməliyyatları Azərbaycanın ümumi ixracının 3,95%-ni təşkil edib.
Bu ilin yanvar-fevral aylarından Xorvatiyadan Azərbaycana 966 min ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 29 min ABŞ dolları və ya 2,9% azalma deməkdir.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.
Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və 1,7 milyard dollar və ya 69,2% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.