Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 3 385 ədəd məişət kondisionerləri idxal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu sayda kondisionerlərin idxalına çəkilən xərc 1,18 milyon ABŞ dolları olub.
Məişət kondisionerlərinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 978 ədəd və ya 22,4% azalıb, dəyər ifadəsi ilə 24 min ABŞ dolları, yaxud da 2% artıb.
Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycana 1,15 milyon ABŞ dolları dəyərində, 4 363 ədəd məişət kondisionerləri idxal edilib.