...

Azərbaycanın xarici ticarət dövriyyəsi 9%-dən çox artıb

İqtisadiyyat Materials 11 Aprel 2025 15:29 (UTC +04:00)
Azərbaycanın xarici ticarət dövriyyəsi 9%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 85 ölkəyə məhsul ixrac edilib, 138 ölkədən idxal olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 8211,2 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 4073,2 milyon dollarını və ya 49,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 4138,0 milyon dollarını (50,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 64,8 milyon dollar məbləğində mənfi ticarət saldosu yaranıb. 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 27,2 faiz, real ifadədə 9,2 faiz artıb. İdxal real ifadədə 39,0 faiz artmış, ixrac isə 8,9 faiz azalıb.

2025-ci ilin yanvar-fevral aylarında qeyri neft-qaz məhsullarının ixracı 485,0 milyon dollar təşkil edib və 2024-cü ilin yanvar-fevral aylarına nisbətən faktiki qiymətlərlə 6,6 faiz artıb, real ifadədə isə 12,6 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, ölkənin xarici ticarət dövriyyəsinin 25,6 faizi İtaliya, 11,3 faizi Türkiyə, 11,2 faizi Rusiya, 8,4 faizi Çin, 5,5 faizi Almaniya, 2,7 faizi Avstraliya, 2,6 faizi Çexiya, 2,4 faizi Birləşmiş Krallıq, hər biri 2,1 faiz olmaqla Xorvatiya və Meksika, 2,0 faizi Rumıniya, 1,7 faizi Gürcüstan, 1,6 faizi Yunanıstan, hər biri 1,5 faiz olmaqla İsveçrə və Bolqarıstan, hər biri 1,3 faiz olmaqla İrlandiya və Portuqaliya, hər biri 1,2 faiz olmaqla Braziliya, İran və ABŞ, 1,1 faizi Kanada, 1,0 faizi Ukrayna, 9,5 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

İxracın 46,3 faizini İtaliyaya, 12,0 faizini Türkiyəyə, 6,0 faizini Almaniyaya, 4,7 faizini Çexiyaya, 3,9 faizini Xorvatiyaya, 3,5 faizini Rumıniyaya, 3,2 faizini Rusiyaya, hər biri 2,7 faiz olmaqla Gürcüstan, Bolqarıstan və Yunanıstana, hər biri 2,3 faiz olmaqla İrlandiya və Portuqaliyaya, 2,0 faizini İsveçrəyə, 1,5 faizini Birləşmiş Krallığa, 1,0 faizini Serbiyaya, 0,9 faizini Ukraynaya, 0,3 faizini Qazaxıstana, hər biri 0,2 faiz olmaqla Çin, Belarus, ABŞ, İsrail və Birləşmiş Ərəb Əmirliklərinə, 1,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (31,1 faiz), Türkiyəyə (17,1 faiz), Gürcüstana (10,9 faiz), İsveçrəyə (9,0 faiz), Ukraynaya (8,5 faiz), Qazaxıstana (2,5 faiz), Belarusa (2,2 faiz), ABŞ-a (2,1 faiz), İsrailə (2,1 faiz), Almaniyaya (1,7 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,7 faiz), Türkmənistana (1,3 faiz), Özbəkistana (1,1 faiz), İtaliyaya (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 20,5 faizi Rusiya, 17,8 faizi Çin, 10,4 faizi Türkiyə, 5,8 faizi Avstraliya, 4,8 faizi Almaniya, 4,5 faizi Meksika, 3,4 faizi Birləşmiş Krallıq, 2,6 faizi Braziliya, 2,5 faizi İran, hər biri 2,3 faiz olmaqla ABŞ və Kanada, 1,8 faizi İtaliya, hər biri 1,4 faiz olmaqla Qazaxıstan, Özbəkistan və Koreya, hər biri 1,3 faiz olmaqla Belarus və Yaponiya, hər biri 1,1 faiz olmaqla Ukrayna və Türkmənistan, hər biri 1,0 faiz olmaqla Hindistan və İsveçrə, 10,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2025-ci ilin yanvar-fevral aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 23,3 faiz, şəkər – 59,3 faiz, meyvə və tərəvəz konservləri – 9,0 faiz, bitki yağları – 25,6 faiz, çay – 24,9 faiz, mineral gübrələr – 5,4 faiz, sement klinkerləri – 26,8 faiz, qara metallardan borular – 81,5 faiz, qara metallardan çubuqlar – 43,4 faiz artıb, təzə tərəvəz ixracı isə 0,2 faiz, meyvə və tərəvəz şirələri – 36,3 faiz, tütün – 70,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 38,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 27,3 faiz, kartof – 71,5 faiz, pambıq lifi – 26,8 faiz, polipropilen – 25,9 faiz, polietilen – 1,9 faiz, elektrik enerjisi – 51,7 faiz, emal olunmamış alüminium – 21,6 faiz, pambıq ipliyi – 18,4 faiz, bentonit gili – 16,4 faiz azalıb.

2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 2025-ci ilin yanvar-fevral aylarında buğda idxalı 39,1 faiz, kərə yağı, digər süd yağları və pastaları – 79,8 faiz, xam şəkər – 86,8 faiz, çay – 72,9 faiz, kartof – 0,2 faiz, minik avtomobilləri – 27,3 faiz, polad prokatı – 30,2 faiz, qara metallardan çubuqlar – 2,7 dəfə, rezin şinlər – 19,2 faiz, yük avtomobilləri – 6,9 faiz, polietilen – 13,3 faiz, avtobuslar – 4,4 dəfə, polipropilen – 11,2 faiz artıb, təzə meyvə idxalı isə 16,9 faiz, şokolad və şokolad məhsulları – 9,6 faiz, bitki yağları – 52,5 faiz, unlu qənnadı məmulatları – 19,6 faiz, quş əti və onun əlavə məhsulları – 13,6 faiz, təzə tərəvəz – 0,8 faiz, mal əti – 11,1 faiz, dərman vasitələri – 26,4 faiz, qara metallardan borular – 31,3 faiz, hesablama maşınları, blok və qurğuları – 18,5 faiz, mebellər – 34,3 faiz, sintetik yuyucu vasitələr – 20,4 faiz, mineral gübrələr – 7,8 faiz, paltaryuyan maşınlar – 1,8 faiz, məişət kondisionerləri – 6,0 faiz, qara metallardan künclüklər – 2,0 faiz, məişət soyuducuları – 4,1 faiz, sement – 7,2 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti